Interpol rəhbəri cənubi koreyalı oldu
Interpol Cənubi Koreyadan özünə sədr seçib. Bu, Rusiyaya zərbə sayılır. Noyabrın 21-də keçirilən səsvermədə Kim Jong-yang iki il müddətinə bu beynəlxalq polis agentliyinin rəhbəri seçilib. Bu haqda Interpol Twitter-də yazıb. Kremlin tənqidçiləri rusiyalı polis generalı Aleksandr Prokopchuk-un quruma rəhbər seçilə biləcəyindən narahat idilər. O, hazırda Interpol-un vitse-prezidentidir. Opponentlər rusiyalının bu quruma seçilmə ehtimalını Moskvanın uzun illər agentlik vasitəsilə siyasi düşmənlərini təqib etməsinə görə təhlükəli sayırdılar. Читать дальше...
