Banqladeşin paytaxtı Dakanın köhnə hissəsində yaşayış binalarında böyük yanğın olub, azı 69 nəfərin öldüyü xəbər verilir.
Ölkənin yanğınsöndürmə rəsmilərinin fevralın 21-də səhər bildirməsinə görə, ölü sayının artacağı gözlənir. Xilasetmə işləri davam edir.
Yaşayış binalarında onlarla adam qalıb. Bu ərazidə həm də kimyəvi maddələr saxlanırmış.
Banqladeş yanğınsöndürmə xidmətinin rəhbəri Ali Ahmed deyib ki, yanğın qaz silindrindən başlayıb, daha sonra kimyəvi maddələr saxlanan binaya yayılıb. Читать дальше...