Koronavirus kimi epidemiyalardan söz açan köhnə filmlər
CNN yazır ki, koronavirusun dünyanı lərzəyə gətirdiyi bu günlərdə 2011-ci ildə çəkilmiş "Contagion" (Yoluxma) filmi iTunes-un prokat çartlarında yuxarı qalxmaqdadır. Filmdə təsvir olunan pandemiya bu gün yaşadıqlarımızı xatırladır. İnsanların bu filmə məhz indi baxmaq istəməsi, onların bəzən reallığı anlamaq üçün bədii əsərlərə müraciət etməsi çox maraqlıdır. Məqalədə deyilir ki, “Contagion” bu kimi epidemiya və pandemiya hallarını təsvir edən yeganə film deyil. Bu mövzu elmi fantastika filmlərinin yaradıcıları arasında populyardır. Читать дальше...