Trump Taliban lideri ilə ‘yaxşı söhbət’ etdiyini deyir
ABŞ prezidenti Donald Trump Əfqanıstanda 19 ildir davam edən müharibəyə son qoymalı olan sazişin imzalanmasından sonra Taliban lideri ilə telefon söhbəti edib. Trump martın 3-də deyib: “Mən bugün Taliban lideri ilə danışdım. Çox yaxşı söhbətimiz oldu”. Bundan əvvəl Talibanın verdiyi bəyanatda deyilirdi ki, təşkilatın Qətərdəki nümayəndəliyinin başçısı Molla Abdul Ghani Baradar Trump-la 35 dəqiqə söhbət edib. Bu da xəbər verilir ki, telefon söhbəti zamanı Vaşinqtonun əsas Əfqanıstan danışıqçısı Zalmay Khalilzad da Trump-ın ofisində olub.