ABŞ Putinə xəbərdarlıq etməyə hazırlaşır
ABŞ mediası xəbər verir ki, Birləşmiş Ştatlar Soyuq Müharibə zamanında SSRİ ilə imzaladığı nüvə silahlarına nəzarət müqaviləsindən çıxmaq məsələsini götür-qoy edir. Vaşinqton Rusiyanı nüvə silahlarına dair bu təməl razılaşmanın şərtlərini pozmaqda ittiham edib. The New York Times qəzeti yazır ki, Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri haqqında 1987-ci il müqaviləsindən (Intermediate-Range Nuclear Forces) çıxmaq niyyəti barədə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq verəcək. Читать дальше...