Crouch: Salah Suarez və Torres`dən fərqli olaraq bir əfsanədir
Liverpool`un sabiq oyunçusu Peter Crouch komandanın hal-hazırki ulduzu Mohamed Salah barədə danışıb.
ONBİR 2005-2008-ci illərdə Liverpool`da çıxış etmiş ingilis sabiq forvardın fikirlərini Sporx`a istinadən təqdim edir:
“Azarkeşlərin gözündə Salah hər gün Fernando Torres və Luis Suarez`dən daha yuxarı pillələrə yüksəlir. Salah artıq Gerrard, Souness, Rush, Dalglish kimi Liverpool əfsanələrindən biridir, amma Suarez və Torres heç vaxt bu siyahıda olmayacaq”.
Qeyd edək ki, son olaraq Brentford`la matçda fərqlənən Mohamed Salah Liverpool formasıyla EPL-də vurduğu qolların sayını 100-ə yüksəldib. O, bunu sadəcə 151 matçda etməyi bacarıb.