Qətərin Al-Rayyan klubu James Rodriguez`dən sonra daha bir transferini həyata keçirib. ONBİR xəbər verir ki, Roma`dan ayrılan Steven Nzonzi karyerasına Qətərdə davam edəcək. 32 yaşlı dayaq yarımmüdafiəçinin keçidi rəsmən açıqlanıb. Qeyd edək ki, Sevila və Galatasaray kimi klublarda da çıxış etmiş Nzonzi Fransa millisinin heyətində 20 matça çıxıb.
Bu mövsümə möhtəşəm start verən və La Liga`nın cari mövsümündə çıxdığı 7 matçda 8 qol vurub, 7 məhsuldar ötürmə verən Karim Benzema`nın Ballon D’Or mükafatını qazanmaq şansı barədə yaranan fikirlər səngimir. Son olaraq Real Madrid`in baş məşqçisi Carlo Ancelotti komandanın kapitanının göstərdiyi performansı dəyərləndirib: “Benzema keçmiş və indiki performansı ilə Ballon D’Or müikafatını qazanmağa layiqdir. […]
UEFA məhkəmələrin yekun qərarlarına görə geri addım atmalı olub. ONBİR MARCA-ya istinadən xəbər verir ki, rəhbərlik “Avropa Superliqası” ideyasına sadiq qalan Real Madrid, Barcelona və Juventus klublarına qarşı qaldırdığı hüquqi iddiaları ləğv etməli o Buna baxmayaraq, UEFA hələ də Superliqa tərəfdarlarının heç vaxt arzularına çatmayacaqları barədə fikrindən dönməyib.
Liverpool`un sabiq oyunçusu Peter Crouch komandanın hal-hazırki ulduzu Mohamed Salah barədə danışıb. ONBİR 2005-2008-ci illərdə Liverpool`da çıxış etmiş ingilis sabiq forvardın fikirlərini Sporx`a istinadən təqdim edir: “Azarkeşlərin gözündə Salah hər gün Fernando Torres və Luis Suarez`dən daha yuxarı pillələrə yüksəlir. Salah artıq Gerrard, Souness, Rush, Dalglish kimi Liverpool əfsanələrindən biridir, amma Suarez və Torres heç […]
Bu gün zədə kabusu yaşayan Beşiktaş UEFA Çempionlar Liqası çərçivəsində Ajax ilə qarşılaşacaq. ONBİR İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın`ın matçdan öncə təşkil edilən mətbuat konfransındakı sözlərini təqdim edir: “Beşiktaş klubu olaraq çətin dövrdən keçirik. Son 10 gündə çox ciddi problemlər yaşadıq. Əlimizdəki variantlar çox azdır. Futbol oyununun ən üst səviyyəsi Çempionlar Liqasıdır. Atletik və […]
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start veriləcək. ONBİR 28 sentyabr tarixində yayımlanacaq matçların siyahısını təqdim edir. A qrupu 23:00 | PSG – Manchester City (ONBİR TV; CBC Sport; Matç TV) B qrupu 23:00 | Porto – Liverpool (ONBİR TV; Matç Futbol 2) 23:00 | Milan – Atletico Madrid (ONBİR TV; Matç […]
Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).
123ru.net — живые новости в прямом эфире!
В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.