Moise Kean üçün 35 milyon avro
PSG Everton`dan icarəyə götürdüyü Moise Kean`ı birbaşa transfer etmək istəyir. ONBİR Skysports`a istinadən xəbər verir ki, Fransa klubu artıq Everton`la danışıqlar aparmağa başlayıb. Paris təmsilçisi oyunçu üçün 31 milyon funt-sterlinq (35 milyon avro) ödəməyə hazırdır. Qeyd edək ki, 20 yaşlı italiyalı hücumçu cari mövsümdə çıxdığı 16 matçda 9 qol vurub.
Читать дальше...