Spitakda zəlzələ olub
Sentyabrın 18-i saat 08:04-də Ermənistanın Spitak şəhərindən 5 km cənub-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə "Azatutyun" Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, episentrdə zəlzələnin gücü 4 bal olub. Zəlzələ Lori vilayətinin Spitak və Vanadzor şəhərlərində, eləcə də bir sıra ona bitişik icmalarda 3 bal gücündə hiss olunub. Dağıntı və insan təlafatı barədə hər hansı məlumat verilmir. 1988-ci il dekabrın 7-də Spitakda güclü zəlzələ olub. Читать дальше...