Müdafiə Nazirliyi Buzluq dağı və ətraf yüksəkliklərin nəzarətə alındığını bildirir
Azərbaycanın Müdafiə Nazirliyi Buzluq dağı və ətrafındakı yüksəkliklərin nəzarətə alındığını bildirir. Bu barədə avqustun 6-da Müdafiə Nazirliyinə istinadla Azərbaycanın rəsmi xəbər agentliyi AzərTac məlumat yayıb. " Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux (Buzluq-AR) dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib." -açıqlamada deyilir. Rəsmi xəbərlə yanaşı sosial şəbəkələrdə sözü gedən dağla bağlı olduğu iddia olunan video paylaşılıb. Читать дальше...