Şimali Koreya daha bir raket atıb, Seul narahatdır
Şimali Koreya bazar günü Şərq dənizinə doğru naməlum raket atıb. Bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb. Hərbi ekspertlərin fikrincə, Şimali Koreyanın atdığı raket ballistik raket olub. Yaponiyanın "Kyodo" agentliyi hərbi mənbələrə istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib ki, sözügedən raket 2000 km yüksəklikdə 800 km uçduqdan sonra Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Читать дальше...