Astara rayonunun 3 yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub
0
Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.
AZƏRTAC-a bu barədə məlumatı “Azərişıq” ASC mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib