Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı açıqlanıb
Mayın 24-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5672 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 270 min 739-a çatıb. Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib