Lippi: Marsa zond göndərə bilirik, amma koronavirusa qarşı peyvənd tapa bilmirik?
İtaliya milli komandasının keçmiş baş məşqçisi Marcello Lippi Serie A`nın bərpa olunması ilə bağlı hazırki vəziyyətin qənaətbəxş olmadığını bildirib. ONBİR Football Italia`ya istinadən 72 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir:
“Hazırki vəziyyət ürəkbulandırıcıdır və bu, məni əsəbləşdirir. Hər gün hamı deyir ki, biz birik və hərəkətlərimiz də bir olacaq, amma sonra hərə öz bildiyin edir. Bu, həm elm işçiləri, həm də siyasətçilərə aiddir.
Qapıda 2020-ci ildir. Marsa zond göndərə bilirik, amma koronavirusa qarşı peyvənd tapa bilmirik?
Niyə İtaliyada futbolu bərpa etməyə imkan vermirlər. İndiki vəziyyət 2 ay əvvəlki kimi deyil. İndi virus o qədər də güclü deyil, xəstəxanalar öz işlərini düzgün şəkildə təşkil edə bilərlər.
Futbolda çoxlu demaqoqiya var. Bu, kütlə sənayesidir və müvafiq rəftar görməlidir”.