Superfanat 38 yaşında Corona`dan vəfat etdi
1998`dən bəri klubunun heç bir oyununu qaçırmayan superfanat cəmi 38 yaşında vəfat etdi. Onun ölüm səbəbi Corona virus oldu. Azarkeşi olduğu Charlton Athletic komandasının 1998`dən bu yana səfər və ev matçlarının hamısında komandasını tək qoymadı. Bu şəxsin adı Seb Lewis idi. O, rəsmi olaraq 1.076 oyunda arxa-arxaya stadionda olub.
Seb xəstələndiyi an açıqlamasını öz sosial medya hesabında edib. Oksigen maskası ilə xəstəxanadan şəkilini paylaşan Seb, tez bir zamanda sağlamlığına geri dönməyi arzu etdiyini bildirmişdi. Ancaq bunu bacara bilmədi.
Charlton rəhbərliyindən də rəsmi açıqlama tezliklə gəldi.
“O, komandamızın azarkeşlərinin bir növ ruhunu təmsil edirdi. Onun ölümü bizi çox üzdü.”