Rodgers: Sterling City`ə pula görə getmədi
Leicester City`nin indiki baş məşqçisi Brendan Rodgers Liverpool`a rəhbərlik edərkən onun komandasında çıxış edən Raheem Sterling haqqında maraqlı açıqlamalar verib. ONBİR Sports.ru`ya istinad edərək bu açıqlamaları paylaşır:
” Raheem klubu pula görə tərk etmədi. Əgər hər şey tək puldan asılı olsa idi, o, Liverpulda qalardı. Burada söhbət özünü inkişaf etdirməkdən gedirdi.
Həmin anda onun top oyunçulardan ibarət bir kluba keçmək imkanı vardı. O getdi, çox inkişaf elədi və qalib oldu və bu faktorlar hal-hazırda onun oyununda öz təsirini göstərir.
Mən Pep`in komandasına baxıram və nə zaman ki Sterling oynamır, City adi komandaya bənzəyir. Bu, bir gənc ingilis futbolçu üçün çox əladır.
Mənim hər zaman Raheem`dən xoşum gəlirdi, çünki o, çox gənc olmasına rəğmən hədəflərini və kim olmaq istədiyini bilirdi “.
Sterling Liverpool`dan 2015-ci ilin yayında 64 milyon avro dəyərində Manchester City`ə transfer olmuşdu.