Fransa millisinln əfsanəvi baş məşqçisi vəfat elədi
Bugün Fransa millisinin əfsanəvi baş məşqçisi Michel Hidalgo Marseille şəhərində 87 yaşında bu dünyaya gözlərini yumdu. Futbolçu karyerası ərzində Le Havre, Reims və AS Monaco klublarının şərəfini qoruyub. O, ən böyük uğurunu Fransa yığmasını (1976-1984) çalışdırarkən əldə edib. 1982-ci ildə komandanı Dünya Çempionatında 4-cü yerə daşıyan Hidalgo, iki il sonra Fransa yığmasına ilk beynəlxalq kubokunu – Avropa Çempionatını qazandırıb. Məşqçi səviyyəsində sonuncu vəzifəsi Marseille klubunda idman direktoru(1986-1991) kimi işləmək olub.