Martinelli: Arsenal ilə Çempionlar Liqasını qazanmaq istəyirəm.
Arsenal`ın gənc vunderkidi Gabriel Martinelli gələcək planları haqqında açıqlamalar verib. ONBİR Sports.ru`ya istinadən açıqlamalardan bəzi sitatları sizə təqdim edir:
“Mən Çempionlar Liqası ilə yanaşı çoxlu kuboklar qazanaraq Arsenal azarkeşlərini xoşbəxt etmək istəyirəm. Onlar hər şeyin ən yaxşısına layiqdirlər. Tək onlar yox, komandada çalışan hər kəs dəyərlidir. Mən Arsenal`ın mənə öyrətdiyi hər şeyə görə özümü borclu hiss edirəm və əlimdən gələni edəcəyəm ki, bu borcumu qaytarım. Məqsədim Arsenal`ın əfsanəsi olmaqdır. “
Bu sezon Premier League`də 14 oyun meydana çıxan gənc hücumçü 3 dəfə fərqlənməyi bacarıb.