La Liga qeyri-müəyyən müddətliyinə təxirə salındı
Bundan əvvəlki qərar La Liga və digər İspaniya liqalarının 2 həftəliyinə təxirə salınması idi. ONBİR Goal.com`a istinad edərək bu xəbəri təqdim edir. İspaniyada son günlərdə vəziyyətin kəskinləşməsi bu labüd addımı zəruriləşdirdi və artıq liqaların nə vaxt təkrar davam edəcəyi qeyri-məlumdur. İspaniyada vəziyyət get-gedə pisləşir və hal-hazırda ölkədə koronavirusa yoluxan 33809 xəstə və 2207 ölü var.
Vəziyyətin yaxşılaşacağı və xəstəlik riskinin olmayacağı təqdirdə liqaların yenidən başlaması mümkün olacaq.