Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Ноябрь
2019

Şirkət sahibliyini məxfi edən qanun kimlərə işləyir?

0
Şirkət sahibliyini məxfi edən qanun kimlərə işləyir?

Azərbaycanda şirkət təsisçiləri barədə məlumatın məxfiliyini qoruyan qanun mövcuddur.

Bir sıra təhlilçilər bildirirlər ki, ölkədə məmur sahibkarlığının geniş yayılmasına rəvac verən səbəblərdən biri də elə budur. Başqa sözlərlə bu qanun nazirlərə, onların müavinlərinə və hətta prezidentə öz biznesini qurmaq və bunu sirr kimi saxlamaq imkanı verir.

Yeddi il əvvəl, 2012-ci ildə qanunlar dəyişəndən sonra Azərbaycanda vəziyyət belədir - təsisçilərin adı kommersiya sirri hesab olunur.

Təsisçilər haqqında məlumat bazası açıq olanda isə qanunsuz məmur biznesləri barədə dalbadal jurnalist araşdırmaları dərc olunurdu.

AzadlıqRadiosunda dərc olunan bəzi araşdırmalar hətta prezidetin ailə üzvləri ilə bağlı idi. Məsələn, “Prezidentin qızı banka necə sahib oldu? və “Qızıl mədənlərində Əliyevlərin payı” başlıqlı araşdırmaları misal gətirmək olar.

 Bunların bir çoxunu Prezident Administrasiyası təkzib etməmişdi.

İndi prezident İlham Əliyev özü islahat apardığını deyir, şəffaflıqdan, monopoliya və korrupsiya ilə mübarizədən danışır.

 

İqtisad təhlilçisi Toğrul Maşallı deyir ki, şəffaflığın təmin olunması üçün şirkətlərin təsisçiləri barədə məlumatları açmaq lazımdır.

Azərbaycan barədə bir çox korrupsiya araşdırmaları apamış beynəlxalq jurnalist qurumu- Mütəşəkkil Cinatəkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi- OCCRP nin redaktoru Miranda Patrucic deyir ki, məlumat bazası bağlanandan sonra ölkə ilə işləmək çətinləşib:

“Hal hazırda biz əvvəlki illərin məlumat bazasından istifadə edirik. Yeni yaranan şirkətlər haqda araşdırma aparmaq olduqca çətindir. Çünki ictimai məlumatlar bağlıdır. Xoşbəxtlikdən artıq maliyyə dövriyyəsi qloballaşıb və pul Azərbaycandan çıxdıqda biz onun izinə düşə bilirik. Böyük holdinqlər barəsindəki son araşdırmaları da belə aparmışıq”.

Miranda Patrucic deyir ki, şəffaflığın əsas şərtlərindən biri də məhz informasiyaya çıxış imkanıdır, informasiyanın əlçatanlığıdır.

Onun sözlərinə görə, əksər dünya ölkələrində, o cümlədən, qonşu Gürcüstanda, Ermənistanda, Türkiyədə, Rusiyada da şirkətlərin təsisçiləri haqqında məlumatlar açıqdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

 

Bəs hakim partiyanın deyilənlərlə bağlı fikri nədir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin hakim Yeni Azərbaycan Partiyasından olan üzvü Hikmət Məmmədov deyir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunu dəyişməkdə məqsəd məhz kommersiya qurumlarının maraqlarını, kommersiya sirrini qorumaq idi. Hikmət Məmmədov əlavə edir ki, prezident Əliyevin hədəfi şəffaflığa nail olmaqdır.

“Adını çəkdiyiniz qanunun qəbul olunması da, müvafiq şərtlərdən irəli gəlib. Əlbəttə, şəffaflığın təmin olunması üçün nə lazımdırsa, hansı zəruri addımlar lazımdırsa, bu addımlar atılır və bundan sonra da atılacaq. Əgər həyata keçirilən bu köklü islahatların hansısa mərhələdə buna dəyişiklik etmək zərurəti yaranacaqsa, bu cür addımlar da tərəddüdsüz olaraq atılacaq”.

 

Amma təhlilçi Toğrul Maşallı deyir ki, o, məlumat bazasının tezliklə açılacağına inanmır. Onun sözlərinə görə, hakimiyyətin davranışlarından belə görünür ki, belə şəffaflıq onun marağında deyil. Toğrul Maşallı deyir ki, hazırda ölkə daxilində məlumat elə qıtdır ki, Azərbaycan şirkətləri haqda məlumatları qonşu ölkələrin bazasından öyrənməyə məcburdurlar:

“Paşabank”ın və “Paşaholding”in Türkiyə bölməsi ictimaiyyətə daha açıqdır. Orda bütün məlumatlar var. Biz hətta bilirik ki, şirkətin sahibləri kimdir. Azərbaycanda isə biz yalnız Paşabank haqda məlumatlıyıq. Amma “Paşaholding” barədə heç bir məlumatımız yoxdur. Hətta reyestrdə belə bu barədə məlumat yoxdur. Əsas problemlərdən biri də budur ki, 20-30 şirkət var ki, reyestrdə adları yoxdur”.

 

Toğrul Maşallı deyir ki, təsisçilərin adının açıqlanmaması sahibkarların da işini çətinləşdirir, çünki onlar rəqiblərinin və ya tərəfdaşlarının kim olduğunu bilmirlər.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır, Beynəlxalq Şəffaflıq Təşkilatının 2018-ci il korrupsiyanı qavrama indeksinə görə Azərbaycan 180 ölkə arasında 152-ci yerdədir.






Загрузка...


Губернаторы России
Москва

Сергей Собянин. Главное за день


Спорт в России и мире
Москва

В ОЭЗ «Технополис Москва» выпущена серия автомобилей для участия в чемпионате кольцевых гонок


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
WTA

Хромачёва и Сизикова пробились в финал турнира WTA в Рабате в парном разряде


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Анализ российского рынка одноразовой биоразлагаемой посуды: итоги 2023 г., прогноз до 2027 г.





Путин в России и мире
Москва

BNA: Путин и король Бахрейна призвали к деэскалации в секторе Газа


Лукашенко в Беларуси и мире
Минск

БелТА: Путин обсудит с Лукашенко связи Москвы и Минска, а также внешнюю политику




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Баста

Тренер СКА Попов назвал Басту адекватным футбольным руководителем



Москва

Посол США посетила задержанного по подозрению в шпионаже Гершковича

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net