ABŞ Khamenei-nin oğluna və başqa yaxınlarına sansksiyalar elan edir
Birləşmiş Ştatlar İranın ali rəhbəri ayətüllah Ali Khamenei-yə bağlı 9 nəfərə sanksiyalar elan edib. Onların arasında liderin oğullarından biri, onun administrasiyasının rəhbəri və İran ədliyyəsinin başçısı da var. ABŞ Xəzinədarlığı noyabrın 4-də yaydığı bəyanatda bildirir ki, Vaşinqton habelə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin də üzərinə sanksiyalar qoyub. Bundan əvvəl noyabrın 4-də Tehran bildirmişdi ki, 2015-ci il nüvə sazişi ilə üzərinə götürdüyü öhdəliklərdən bir qədər də geri çəkilib. Читать дальше...