Qarabağ müharibəsi veteranı: Şuşa bizi həsrət qaldığımız dumanı, yağışı ilə qarşıladı
İyirmi doqquz ildən sonra nəhayət ki, doğma Şuşamıza ayaq basmaq qismətimiz oldu. Şuşanın hər şeyinə həsrət idik - yazına da, yayına da, payızına da, qışına da. Şuşa bizi həsrət qaldığımız dumanı, yağışı ilə qarşıladı. Bu sözləri AZƏRTAC-a açıqlamasında Şuşa sakini, Birinci Qarabağ müharibəsi veteranı Akif Abdullayev deyib