Çində virusdan ölənlərin sayı 132-yə çatıb
Yanvarın 28-nə olan məlumata görə, Çində yeni təhlükəli virusdan 132 nəfər dünyasını dəyişib, 5 min 974 nəfər bu virusa yoluxub. Məlumatı ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb. Daha 9 min 239 şübhəli respirator xəstəlik halı isə nəzarət altındadır, hökumət yanvarın 29-da bildirib. Çindən kənarda, Avropa, Şimali Amerika və Asiyanın müxtəlif yerlərində isə onlarla yeni hal aşkar olunub. Virusa ümumi yoluxma halları artıq SARS virusunu keçib. 2002-2003-cü illərdə həmin virusda dünyada 600-dan çox adam dünyasını dəyişmişdi. Читать дальше...