Britaniya parlamenti daha bir Brexit planını rədd edir
Britaniya millət vəkilləri böyük səs çoxluğu ilə baş nazir Theresa May-ın yenidən işlənmiş Brexit planını rədd ediblər. Bundan bir gün əvvəl baş nazir bəyan etmişdi ki, Avropa İttifaqından bu planla bağlı “icrası icbari” təminat alıb. Britaniya Parlamentinin İcmalar Palatası yeni saziş barədə planı 391-242 səs nisbəti ilə rədd edib. Avropa Şurasının prezidenti Donald Tusk bu səsvemənin ardınca deyib ki, Britaniya millət vəkillərinin Brexit sövdələşməsinə dair planı ikinci dəfə rədd etməsi ölkənin... Читать дальше...