Şimali Koreyanın XİN rəhbəri: Nüvə silahsızlaşdırılması ABŞ-ın etimad tədbirləri olmadan mümkün deyil
ABŞ-ın müvafiq tədbirləri olmadan Şimali Koreya nüvə silahı proqramını dayandırmayacaq. AZƏRTAC xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ri Yon-ho Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib