Bakının bəzi parkları kənardan göz oxşayır - par-par parıldayır. Amma elə ki, mərmərin üstünə ayaq basdın...
Qışda sürüşüb üzü üstə yerə dəyə bilərsən, yayda isə kölgəsində oturub dincəlməyə ağac tapmaya bilərsən.
Bakı sakini Nazim Qasımov paytaxtın mərkəzindəki Qış parkının qonşuluğunda yaşayır. Amma deyir bu parkda bir saat olsa belə oturub istirahət etdiyini xatırlamır. İstər qış olsun, istər yay - fərq etməz – hər fəsildə bu park istirahətə yaramır deyir.
Onun sözlərinə görə, burdakı kafedə də nadir halda müştəri görmək olar. Читать дальше...