Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır. Akademiya mayın 4-də bildirib ki, bu ilin mükafatı 2019-cu ildə veriləcək. Akademiyanın idarə heyətindən bir neçə nəfər seksual zəmində nalayiq hərəkətlərlə bağlı iddialara qurumun adekvat reaksiya verməməsindən dolayı istefa verib. Qurum Stokholmda keçirilən həftəlik toplantısında belə bir qənaətə gəlib ki, bu il qalib seçməyə hazır deyil. Читать дальше...