ABŞ fələstinlilərə yardımından 65 milyon dollar kəsir
Birləşmiş Ştatlar fələstinlilərə yardım göstərən BMT agentliyinə 60 milyon dollar məbləğində vəsaiti verəcək, lakin hələlik daha 65 milyon dolların verilməsini dayandıracaq. Reuters agentliyi yazır ki, belə görünür, Trump administrasiyası iki həftə bundan əvvəl yardımın kəsiləcəyinə dair səsləndirdiyi hədəni həyata keçirir. Trump administrasiyası prezidentin belə bir rəyini səsləndirib ki, başqa ölkələr də yardımda fəal iştirak etməlidirlər və ABŞ indiyədək üzərinə düşəndən daha artıq pul ödəyib. Читать дальше...