Добавить новость
123ru.net
World News
Июль
2021

Ekspert: ‘Qiymətlərin qaldırılması sanki dövlət siyasətinə çevrilib’

0
Bəzi təhlilçilər hesab edirlər ki, qiyməti qaldırmamaq və indiki pandemiya dövründə dolanışığı zəifləmiş əhalini qorumaq olardı. 


Əhaliyə verilən təbii qazın qiyməti iyunun 30-da artırılıb. Belə ki, əhali qrupu üçün güzəştli limit 2200 kubmetrdən 1200 kubmetrə endirilib. 


İqtisadçı Natiq Cəfərli hesablayıb ki, keçən il əhali qrupunun təqribən 20 faizi 2200-lik həddi keçmişdi.


Onun fikrincə, limit 1200-ə salınandan sonra hər üç ailədən ikisi bundan təsirlənəcək. 




“Qeyri-şəffaf” SOCAR deyir ki…


Başqa br iqtisadçı Zöhrab İsmayıl isə hesab edir ki, dövlət neft şirkəti SOCAR, qiyməti qaldırmadan, başqa mənbələr hesabına öz xərclərini azalda bilərdi: 


“SOCAR-ın satınalmaları şəffaf deyil, ona görə də maya dəyəri şişir, bundan başqa səmt qazından daha səmərəli istifadə oluna bilərdi”.


SOCAR Azərbaycanın əsas neft-qaz istehsalçısıdır və özünün tabeliyindəki "Azəriqaz" İstehsalat Birliyi vasitəsilə təbii qazı əhaliyə satır.


Azəriqaz-ın şöbə müdiri Teymur Cəfərov isə iyulun 1-də APA informasiya agentliyinə deyib ki, qiymətləri qaldırmaqdan məqsəd bazar iqtisadiyyatına keçid, xidməti yaxşılaşdırmaq, dövlət subsidiyalarını azaltmaq olub: 


"Bu, zamanın tələbidir ki, bazar iqtisadiyyatı formalaşdırılmalı və müəyyən xərclər optimallaşdırılmalıdır. Bununla bağlı tarifə yenidən baxılması zərurəti çoxdan yaranmışdı. Yeni tarif bir günün içində qəbul edilməyib, uzunmüddətli iqtisadi təhlillər aparılıb və mən deyə bilərəm ki, hazırda tətbiq olunan dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal modeldir."


 




Hakimiyyətin başqa planları var?


ABŞ-da iqtisadiyyat professoru Qubad İbadoğlu isə deyir ki, kommunal xidmətlərin son günlər qaldırılması sanki dövlət siyasətinə çevrilib. Onun fikrincə, əslində qiymətləri qaldıran hökumətin məqsədi bu sahələrin özəl investorlara satılması planıdır: 


“Kommunal xidmətlərin həyata keçirən qurumlar yeni investora təqdim edilənə qədər qiymətlər artırılır ki, qəzəb yeni investora yönəlməsin”.


Qubad İbadoğlu bildirir ki, qiymətlər qaldırılsa belə, qazın keyfiyyəti yaxşılaşmır, dəm qazından boğulmalar Azərbaycanda problem olaraq qalır. 


Azərbaycanda kommunal xidmət sahələrinin özəlləşdirilməsi təklifi illərdir beynəlxalq qurumların tövsiyələrində də səslənir.


Əksər inkişaf etmiş ölkələrdə elektrik , qaz, su təchizatını özəl şirkətlər həyata keçirirlər və onlar bir qayda olaraq xidmətin keyfiyyətinin yüksəldilməsi, qiymətlərin optimallaşdırılması üçün mübarizə aparırlar.


Amma Azərbaycanda bu sahələr dövlət şirkətlərinin əlindədir. Onlar əhaliyə elektrik, qaz, su satsalar da bir qayda olaraq kəsirlə işlədiklərini bildirib dövlət büdcəsindən yardımlar alırlar.


Yerli və xarici media orqanlarında Azərbaycanda da kommunal xidmət sahələrinin özəlləşdirilə biləcəyi barədə vaxtaşırı xəbərlər dolaşsa da hələlik hökumətin bu sahədə hər hansı açıqlaması yoxdur.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net