Bayden Putini haker hücumları barədə ‘təbdir görməyə’ çağırır
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində onu Rusiyadakı reketçi haker qruplarına qarşı “ölçü götürməyə” çağırıb. Bu barədə məlumatı Ağ Ev verib. Birləşmiş Ştatlar və başqa ölkələr üzərinə pul qoparmaq məqsədilə edilən haker hücumları son bir ildə kəskin şəkildə artıb. Bura ABŞ-ın ən böyük yanacaq kəmərinə hücum da daxildir. Bayden iyulun 9-da Putinlə telefon söhbətində deyib ki, Birləşmiş Ştatlar amerikalıları və həyati infrastrukturu kiberhücumlardan qorumaq üçün zəruri tədbirləri görəcək. Читать дальше...