Diagne`ni ver, İrfan Can`ı al – İddia
2020-ci ili lider kimi tamamlayan Galatasaray qış transfer pəncərəsində yarımmüdafiəsini gücləndirmək istəyir.
ONBİR Vatan qəzetinə istinadən xəbər verir ki, “Cimbom” gəldiyi gündən bəri enişli-çıxışlı performans göstərən Mbaye Diagne`ni İrfan Can Kahveci transferində təklif edib.
Son çempion Medipol Başakşehir`in prezidenti Göksel Gümüşdağ`ın da bu təklifə müsbət cəhətdən yanaşdığı bildirilib.
Əlavə olaraq da Taylan Antalya`lı və Oğulcan Çağlayan`la çox yaxşı dost olan İrfan Can Kavheci`nin də Galatasaray`da oynamaq istədiyi iddia olunur.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi Leipzig`ə vurduğu 3 qolla transfer gündəminin başına keçib.
The post Diagne`ni ver, İrfan Can`ı al – İddia appeared first on ONBİR.
