Добавить новость
123ru.net
World News
Декабрь
2020

Vazgen Manukyan deyir ki, ‘seçki olsa, qan töküləcək...’ (VIDEO)

0
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də bildirmişdi ki, o növbədənkənar seçki keçirməyə, xalq ona etimad göstərməsə, hətta postundan getməyə hazırdır.


O müxalifəti bu məsələ ətrafında məsələhətləşmələr keçirməyə dəvət etmişdi.


Lakin AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun verdiyi məlumata görə müxalifətinin baş nazir postuna elan etdiyi Vazgen Manukyan Ermənistan ictimai telekanalına müsahibəsində deyib ki, Nikol Paşinyan baş nazir postunda qala-qala heç bir seçki keçirilə bilməz.


“Vətənin xilası” hərəkatının lideri Manukyan bildirib ki, indiki şəraitdə seçki keçirilməsi ölkəni daha da parçalaya bilər:


“İndiki vaxtda və yaxud bir aydan, iki aydan sonra seçki Ermənistanın parçalanması deməkdir. Çünki seçki mübarizə deməkdir, bütün partiyalar bir-biri ilə mübarizəyə başlayacaqlar. Bu situasiyada bu prosesə girməyə dəyərmi? Biz özümüzə gəlmədən bunu etmək olmaz”.


Paşinyan növbədənkənar seçkidən danışarkən dəqiq vaxt göstərməyib.


Hazırkı Konstitusiyaya görə parlament seçkisi baş nazir istefaya getdikdə və Milli Məclis iki dəfə yeni baş naziri təyin edə bilməyəndə keçirilməlidir. İndilik bu yeganə mexanizmdir.


Lakin Paşinyan daha bir yol təklif edir: Konstitusiyanı dəyişmək və seçkini baş nazir istefaya getmədən keçirmək.




 


“Lap 10 baş nazir də dəyişə bilər”


Lakin müxalifət bu təklifin əleyhinədir. Vazgen Manukyan deyib ki, o bu variantı heç nəzərdən keçirmək də istəmir:


“O növbədənkənar seçkiyə qədər çıxıb getməlidir. Mən bu variantı heç müzakirə də etmək istəmirəm. O baş nazir kimi qalsa, Ermənistanda heç bir seçki olmayacaq. Əgər seçki olsa hər seçki qutusunun yanında dava-dala düşəcək, qan töküləcək”.


Müxalifətdən olan başqa partiyalar da Paşinyan istefaya getmədən keçiriləcək seçkinin əleyhinədirlər.


Maairflənmiş Ermənistan partiyasının fraksiya rəhbəri, bu partiyanın baş nazirliyə namizədi Edmon Marukyandır.


Bu partiyadan olan deputat Taron Simonyan Paşinyanla hər hansı danışıqlara qarşıdır:


“Biz hansı müzakirədə iştirak etsək də, o öz hakimiyyətini qoruyub saxlamaq istəyəcək. Yəni bu kreslo bu qədər əzizdir ki, adamlar ondan belə yapışırlar? Bu parlament ölkəsidir. Xalq parlament seçib. Bu sistemdə lap 10 baş nazir dəyişə bilər. İstəyirsiniz hər iki aydan bir baş nazir seçin. Bəli seçki olmalıdır. Amma bu seçki normal atmosferdə keçirilməlidir”.




 


“Bu nədir? Eyham, yoxsa hədə?”


NewsArmenia saytı isə yazır ki, müxalifətin bu tələblərinə hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts cavab verib.


O seçki qutularının yanında qan töküləcəyi ilə bağlı iddiaya belə münasibət bildirib:


“Bu nədir eyham, yoxsa hədə? Bu əslində, o deməkdir ki, Ermənistanda hakimiyyətin Ermənistan vətəndaşına məxsus olması reallığını qəbul etməyən, onunla barışmayan adamlar var”.




 


Onun sözlərinə görə, müxalifət var gücü ilə inandırmağa və hətta hədələməyə çalışır ki, azad seçki yaxşı fikir deyil.


Lilit Makunts deyib ki, “müxalifət öz gücünü həddən artıq şiridir, dövlət və hüquq-mühafizə sistemlərini isə lazımınca qiymətləndirmir”.


Bundan əvvəl Nikol Paşinyan da müxalifətin xalq tərəfindən dəstəklənmədiyini demişdi.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net