Schalke`də 3 aya 4 baş məşqçi
Bundesliga`nın cari mövsümündə keçirilən 13 matçda qələbə qazana bilməyərək sonuncu pillədə qərarlaşan Schalke`də baş məşqçi dəyişiklikləri davam edir.
ONBİR klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda mövsüm sonuna kimi Christian Gross`a tapşırılıb. O, Schalke`nin son 3 ayda 4-cü baş məşqçisidir.
66 yaşlı mütəxəssis Tottenham, Basel, Stuttgart kimi klubları çalışdırıb. Onun son iş yeri isə Al-Ahli olub.
Qeyd edək ki, Gelzenkirxen təmsilçisi Bundesliga`da sonuncu 3 xalını yanvar ayında qazanıb. 17 yanvar tarixində Borussia Mönchengladbach`ı 2:0 hesabı ilə məğlub edən klub sonradan keçirlən 29 oyunda qələbə üzünü həsrət qalıb.
The post Schalke`də 3 aya 4 baş məşqçi appeared first on ONBİR.
