Kabildə raket hücumlarında 3 nəfər yaralanıb
Əfqanıstanın paytaxtı Kabilə bir neçə raket atılıb, azı 3 nəfərin xəsarət aldığı bildirilir. Kabil polisinin sözçüsü Hashmat Stanekzai AzadlıqRadiosu-na bildirib ki, raketlər Kabilin beşinci rayonuna iyulun 24-də atılıb. Raketlərin naməlum məkandan atıldığı bildirilir. O, polisin təhqiqata başladığını vurğulayıb. İki gün öncə intiharçı Kabil beynəlxalq aeroportunun girişində özünü partladıb, azı 14 nəfər həlak olub. Həmin hücuma görə İslam Dövləti ekstremist qruplaşması məsuliyyəti götürüb... Читать дальше...
