123ru.net
Sport 24/7
Июнь
2024

“Qəbələ”nin məşqçisi: “Gələcəyin milli komandası bu uşaqlardan formalaşacaq”

0

“Qəbələ”nin U-19 komandasının baş məşqçisi Zaur Hacıyevin “FutbolPress“ə müsahibəsi:

– Gənclər Liqasında mövsümü 4-cü sırada bitirdiniz. Fikirləriniz nədir?
– Nəticələr tək adamdan asılı deyil, komanda işləri lazımdır. Əvvəlki illərdə çempionluğu komanda və klub şəklində istəyirdik. Düzdür, bu dəfə də çalışdıq, əlimizdən gələni etdik. Statistikaya baxsaq, yalnız xallarda geri qalmışıq. Oyun planında kimdənsə geri qalmadıq, kiməsə əzilmədik. Ancaq biz bu il limitdən istifadə edə bilmədik. 19 yaşlılarda 5 nəfər 2005 təvəllüdlü uşaq oynatmağa icazə var, ancaq biz bundan yararlana bilmədik. Bu da nəticələrə böyük ölçüdə təsir etdi. Amma sevindirici haldır ki, biz bu mövsüm 2006, 2007, 2008 təvəllüdlü uşaqlara şans verdik, bəziləri əvəzedici, bəziləri əsas komandaya yüksəldi. Düzdür, U-19da çempionluq perspektivlidir, amma planlarımıza görə bizimçün vacib olan əsas komandalara oyunçu verməkdir.

– Ardıcıl iki çempionluqdan sonra “üçlüy”ə düşə bilməmək məyusluq yaradır?
– Uzun illər U-19 Liqasına nəzarət bizdə olub. Ardıcıl çempionluqlar yaşamış, UEFA Gənclər Liqasında çıxış etmişik, hətta mərhələ keçmək şansımız da olub.

– Hazırda U-19 çempionatının səviyyəsi necədir?
– O qədər pis deyil. Sadəcə biz tək aşağı yaşların yox, bütün liqaların səviyyəsini artırmalıyıq. Çünki bu günün uşaqları gələcəyin ulduzlarıdır. Bununçün də ilk növbədə səviyyəli liqalara ehtiyac var.

– Əsas komanda yeni mövsümdə I Liqada mübarizə aparacaq. Onların elitanı tərk etməsinin aşağı yaş qruplarına təsir edəcək?
– Həqiqətən, Azərbaycan futbolunun inkişafını istəyiriksə, idman prinsiplərini qorumalıyıq. Biz bu mövsüm az xal topladıq və aşağı liqaya düşdük. Bu, həm ölkə futbolu, həm də klubumuz üçün böyük təcrübə olacaq.

– Rəhbərliklə görüşünüz olub?
– “Qəbələ” İdman Klubunun hər zaman A, B və C planı olub. Komandanın elitanı tərk etməsindən sonra rəhbərlik aşağı yaş qrupları ilə bağlı hansısa mənfi bir fikir bildirməyik. Hətta gələcək mövsümün daha yaxşı olacağını söyləyiblər. Biz ayın əvvəlində seçimlər keçirdik, minlərlə futbolçu iştirak etdi. “Qəbələ” ayaqdadır və fırtına kimi geri dönəcək.

– Bu mövsüm “Qəbələ”nin əsas komandasında aşağı yaş qruplarından gələn bəzi futbolçular oldu. Gələn il say daha artacaq?
– İstedadlı oyunçularımız çoxdur. Aşağı yaşlarda kifayət qədər “ulduzlarımız” var. Növbəti mövsümdən onları görəcəyimizə əminəm – İlkin Budaqov, Qədir Ramazanov, Ziya Şəkərxanov, Ömər Kərimov, Kənan Baxışov, Sənan Ağalarov, Ravil Qafarov və s.

– Uzun müddətdir, aşağı yaş qrupunda çalışırsınız. Azərbaycanda uşaq futbolunda son illərdə hansı dəyişiklikləri müşahidə edirsiniz?
– 2005-2015 Dövlət Proqramı bitdikdən sonra geriləmə müşahidə olunur. Çünki inkişaf istəyiriksə, Avropa və nüfuzlu yarışlarda nəticə tələb ediriksə, baxışımız, marketinq işləri dəyişilməlidir. Gələcəyin milli komandası bu uşaqlardan formalaşacaq. Köklü klublar, akademiyalar, səviyyəli çempionatlar, uşaq komandaları qurmalıyır. Eyni zamanda, beynəlxalq turnirlərin sayı artmalıdır. Uşaqlar daha çox ölkələrdə olub həm dünya görüşünü, həm də təcrübəsini artırmalıdır. Bunlar məşqçilərə də aiddir. Futbol dayanmadan inkişaf edir. Öyrənməii dayandıran isə öyrətməyi dayandırmamalıdır. Uşaqların inkişafı həssas məsələdir. Nəzarət daha çox olmalıdır. Həmin yaşlarda uşaqlar müəyyən fikirlərə qapılır. Elə etmək lazımdır ki, futbolçu ola bilməsələr belə, başqa sənəti və təhsili olsun. Futbolda boş vaxt keçirməsin.

– Uşaq futbolunda məşqçilərlə bağlı narazılıqlar da az deyil…
– Hər komandada kateqoriyalar üzrə məşqçilər olmalıdır. Bu şəxslər isə düzgün seçilməlidir. Onların həyat tərzinə qədər diqqət edilməlidir. Yoxsa futbolumuzuda minlər, milyonlar sovrulacaq, futbol istədiyimiz səviyyədə olmayacaq. Yalandan özümüzü aldatmayaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.






Загрузка...


Губернаторы России
Москва

«В ближайшие регионы»: Собянин анонсировал продление МЦД до четырёх областей


Спорт в России и мире
Москва

Представители Росгвардии поздравили воспитанников Центра спорта и образования «Самбо-70» с принятием торжественной клятвы


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
ATP

Токио (ATP). 1-й круг. Хуркач сыграет с Гироном, Берреттини – с ван де Зандшульпом


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Первое армянское название в Москве





Путин в России и мире
Москва

Рябков: Россия фиксирует реакцию Запада на изменения своей ядерной политики


Лукашенко в Беларуси и мире
Минск

Лукашенко назвал условие, при котором Минск применит ядерное оружие




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Карди Би

«Скажи правду!»: бывший муж Карди Би обвинил ее в измене во время беременности



Москва

Шалимов назвал фаворита в дерби «Локомотив» - «Спартак»

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net