Giggs United barədə danışdı
Manchester
United`in əfsanələri
son zamanlarda klub haqqında maraqlı fikirlər səsləndirir. Onların arasında Rio
Ferdinand,Roy Keane,Gary Neville və son olaraq da Ryan Giggs yer alıb. Patrice
Evra da son zamanlarda aktual olan mövzular barədə çox danışdı. Qeyd edək ki,
klubda da hal-hazırda aktiv olaraq çalışan keçmiş oyunçular var. Bunlar
arasında Micheal Carrick`i xüsusi qeyd etmək lazımdır. Həmçinin baş məşqçi Ole
Gunnar Solskjaer də klubun ən qızıl zamanlarında hücumda xüsusi yeri və vurduğu
qollarla yaddaşlara həkk olunmuşdu.
Komandanın bu dəqiqə etibarı ilə əsas
problemi mərkəz və hücumun sivri ucu kimi görünür. Ancaq Anthony Martial`ın zədədən
dönüşü ilə bitiricilik bir qədər həll olunmuş kimi görünür. Belə ki, komanda səfərdə
qələbə qazana bilməməsi ilə xeyli tənqid olunurdu. Ancaq Martial`ın dönüşü ilə
səfərdə Partizan və Norwich üzərində qələbələr qazanıldı. Keçmiş əfsanə
və indi Uels milli komandasının məşqçisi olan Ryan Giggs bildirib ki, United
əsas olaraq yaradıcı bir oyunçu almalıdır. Və bu təcili şəkildə qışda həll
edilməlidir. Əks təqdirdə komandanın işləri çox çətindir. O bildirib ki, Manchester
United`in mərkəzi Andreas Pereira ilə çox çətinlik çəkəcək. Və bu mövqeyə
iddialı bir transfer edilməsi şərtdir.
Ryan Giggs: – “Biz keyfiyyətli oyunçu almalıyıq. Ole, transfer işlərini necə yaxşı
yürütdüyünü artıq isbat edib. Onun transfer etdiyi 3 oyunçu da olduqca gözəl
çıxış edir. Həm James, həm Bissaka həm də Maguire olduqca inamlı təsir
bağışlayır. Ole, bu transfer siyasətini qışda da davam etdirməlidir”.