Day.Az представляет новость на азербайджанском языке:Bakıda yeni yerüstü keçid istifadəyə verilib.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Lent.az-a verilən məlumata görə, Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start verib. Tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək vaxtında yekunlaşdırılıb. Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu 2x23.77=47.54 metr, aşırımın mərkəzi dayaq oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir.