Satış-yarmarkalarda məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz təklif olunur
0
İsmayıllı rayonunda manatın devalvasiyasından sonra istehlak bazarına nəzarət və qiymətlərin tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə həftədə bir dəfə təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkası sakinlər tərəfindən razılıqla qarşılanıb.