Bu gün daha 16 laçınlı ailə doğma yurda qovuşmağın sevincini yaşayıb
0
Uzun illər yurdlarından ayrı düşən laçınlıların doğma elinə qayıdışı Laçını özünün əvvəlki günlərinə qaytarır. İyulun 28-də Laçına qayıdışın 9-cu köçü gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 16 ailəyə qucaq açıb və daha 56 laçınlı ata-baba yurduna qovuşub