Hakimliyə namizədlərin test imtahanında 60 və daha yüksək bal toplayanlar növbəti mərhələdə iştirak edəcəklər
0
Dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı 2019-cu il 3 aprel tarixli Fərmanının icrasına uyğun olaraq, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də hakimlərin seçki prosesinin şəffaf, ədalətli və obyektiv təşkil edilməsidir