Bu ilin birinci yarısında Qəbələnin otel və mehmanxanaları 35 mindən çox turistə xidmət göstərib
0
2023-cü ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 35 min 450 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 19 min 296 nəfəri və ya 54,4 faizi Azərbaycan, 16 min 154 nəfəri və ya 45,6 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib