“Warner Bros.” və “Comcast” şirkətlərinin birləşməsi üzrə danışıqlar gedir
0
“NBCUniversal”-ın başçısı Ceff Şellın qəfil istefası ilə bağlı jurnalist araşdırması prosesində bəzi olduqca maraqlı detallar ortaya çıxıb. AZƏRTAC “Kinonews” saytına istinadla xəbər verir ki, xüsusən, “Warner Bros. Discovery” və “Comcast” şirkətləri arasında onların strukturlarının mümkün birləşməsi barədə gedən danışıqlar ictimaiyyətə məlum olub