Dünya kuboku yarışlarında gürzlərlə proqramda mükafatçılar müəyyənləşib
0
Paytaxtımızda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında gürzlərlə proqramda mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bütün rəqiblərini qabaqlayan Bolqarıstan gimnastı Stiliana Nikolova 34,150 xalla qızıl medal qazanıb.
Ukraynalı Viktoriya Onopriienko 32,650 xalla ikinci, Almaniya gimnastı Darya Varfolomeev 32,550 xalla üçüncü olub