Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 13 hərbçi öldürülüb
0
Əfqanıstanın cənubunda yerləşən Qəzni vilayətinin Əciristan qəzasında “Taliban” hərəkatının hücumu nəticəsində azı 13 hərbçi öldürülüb, 8 nəfər isə yaralanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın yerli hakimiyyət orqanları məlumat yayıb