Azərbaycandan təbii qaz ixracı artıb
0
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, dörd ayda ixrac olunan təbii qazın dəyəri 342 milyon 922 min ABŞ dolları təşkil edib.