Добавить новость
123ru.net
Azadliq.org
Ноябрь
2022

Hesablama Palatası AZAL-da nöqsanlar tapıb

0
Hesablama Palatası AZAL-da nöqsanlar tapıb

Hesablama Palatası Azərbaycan Hava Yolları Cəmiyyətində (AZAL-Qapalı Səhmdar Cəmiyyət) apardığı yoxlamalarla bağlı açıqlama yayıb. 2019-2021-ci illəri əhatə edən yoxlama zamanı qurumda bir çox nöqsanların üzə çıxdığı bildirilir.

Palatanın açıqlamasından aydın olur ki, aparılan yoxlamalar şirkətin xidmətlərinin bahalığı, rəqabət mühitinin məhdudluğu ilə bağlı indiyə qədər müxtəlif səviyyələrdə səsləndirilən nöqsanları təsdiqləyir.

Məlumatda vurğulanır ki, audit yoxlaması qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına üstün diqqət yetirilmədiyini müəyyənləşdirib. Bütövlükdə rentabelliyin artırılması potensialı da gərəyincə dəyərləndirilməyib. Bununla yanaşı, bəzi komisyon haqları ilə bağlı bənzər standartlardan yüksək tariflərin tətbiq edildiyi də üzə çıxıb.

Yoxlamalara görə, AZAL-ın fəaliyyətində dövlət-özəl tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud uğurlu nümunələri də öyrənilib, tətbiqi imkanlarından da istifadə edilməyib.

Bu əməkdaşlıq nəticəsində əldə edilə biləcək əlavə gəlir potensialı da reallaşdırılmamış qalıb.

Aeroportlardan istifadə əmsalı aşağıdır

Hesablama Palatasının açıqlamasında AZAL-ın xidmətlərindən istifadə göstəricisi də diqqət çəkir.

Açıqlamada deyilir ki, xərc tutumu daha yüksək olan uzunməsafəli istiqamətlərdə doluluq səviyyəsi orta göstəricidən önəmli səviyyədə aşağıdır.

Bilet qiymətlərinin optimallaşdırılmasına əngəl törədən amillər də müəyyənləşdirilib. Aeroportlardan istifadə zamanı uçuş aralarının uzunluğu, sabit xərc yükü sərnişindaşıma fəaliyyətindən gəlirləri artırmağa mənfi təsir edir. Hesablama Palatasının auditinə görə, biletləri ucuzlaşdırmağa mənfi təsir göstərən bir amil də yanacağın bahalaşmasıdır.

AZAL-ın reaktiv mühərrik yanacağından istifadə etdiyi həcmlərinin alış qiymətləri 2021- ci ilin fevralından bəri beynəlxalq satış birjalarında formalaşan qiymətlər əsasında müəyyənləşdirilir. Halbuki, reaktiv mühərrik yanacağının ölkədaxili istehsalı var və bunu dövlət tənzimləmir.

Bu baxımdan, Palata Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan milli rezidentlər arasında qarşılıqlı kommersiya münasibətlərinin dövlət sektoru kontekstində tənzimlənmədiyini ayrıca vurğulayır.

Hesablama Palatasının auditi ortaya çıxarıb ki, iş və xidmətlər, əsasən, kənar hüquqi şəxslərə sifariş verilib. Palatanın fikrincə, bütövlükdə muzdlu işçi kontingentinin ştat cədvəli üzrə və gerçək sayı uzunmüddətli dövr üçün optimallaşdırılmayıb.

İki milyard manatı aşan borc var

Hesablama Palatasının bu ilin əvvəlinə olan məlumatına görə, AZAL-ın borcu 2 milyard 100 milyon manata yaxındır. Palata düşünür ki, borc məbləğinin belə çox olması şirkətin maliyyə likvitliyinə ciddi risklər yaradır. Beləki uzunmüddətli perspektivdə cari dövriyyə vəsaitləri cari öhdəliklərdən geri qala bilər.

Üstəlik, AZAL-ın borcları dövlət maliyyəsi üçün də əlavə xərclər yaradır. Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Təminat Fondu” hesabına AZAl-ın borclarının ödənilməsinə təxminən 35 milyon manat xərclənib.

Bu göstərici ilə şirkət fond hesabına ən çox borcu ödənilən dördüncü dövlət müəssisəsi olub. Bu da bildirilir ki, AZAL bir sıra hallarda aktivlərdən qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına əməl etməyib.

Dövlət əmlakının və dövlət vəsaitlərinin yönəldilməsində audit meyarları ilə müqayisədə bir sıra əhəmiyyətli uyğunsuzluq halları olub. Palata bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürüb. 

Hələki AZAL Hesablama Palatasının yoxlamanın nəticələri ilə bağlı açıqladığı  məlumata hər hansı münasibət bildirməyib.






Загрузка...


Губернаторы России
Москва

Москва-Пекин. Собянин в Китае подписал соглашение о сотрудничестве


Спорт в России и мире
Москва

Красногорск первым встретил участников международного супермарафона Москва-Минск


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Людмила Самсонова

Теннисистка Самсонова вышла в финал турнира в Хертогенбосхе


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Обмен электронными транспортными накладными стал доступен участникам «Биржи грузоперевозок ATI.SU»





Путин в России и мире
Москва

СЕНСАЦИОННЫЙ ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА.


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Бато Багдаев

Сказка Ульгэра «Волшебные башмачки Элли» по мотивам знаменитой сказки Александра Волкова «Волшебник Изумрудного города» - Театр и Цирк, Культура и Концерт, Россия и Дети



Москва

Мособлконтроль назвал округа с лучшими заказчиками по госконтрактам

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net