Azərbaycan ərazilərinin ətaşə tutulduğunu, Ermənistan isə sakitlik olduğunu deyir
![Azərbaycan ərazilərinin ətaşə tutulduğunu, Ermənistan isə sakitlik olduğunu deyir](https://gdb.rferl.org/0bd80000-0aff-0242-562a-08d9a907df26_w800_h450.jpg)
"Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər (Vardenis)rayonunun Aşağı Şorca (Nerkin Şorja)yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub".
Mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Nazirlik əlavə edir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistanın Müdafiə Nazirliyi isə bildirir ki, məlumat doğru deyil və sərhəddə nisbi sakitlikdir.