ING Azərbaycanın ÜDM artımı üzrə proqnozunu yeniləyib
Niderlandın ING bank qrupu Azərbaycanın ÜDM artımı üzrə 2029-cu ilədək yenilənmiş proqnozunu açıqlayıb. Day.Az xəbər verir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2026-cı ildə illik ÜDM artımı 2 faiz təşkil edəcək. Halbuki əvvəlki proqnozda bu göstəricinin 2,2 faiz səviyyəsində olacağı gözlənilirdi.
