Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza bilməz
Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza və ya ona zərər verə bilməz. Trend-in məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Bakıda təşkil olunan iftar proqramında turizm sahəsinin nümayəndələri qarşısında çıxış edərkən bildirib.
