Day.Az представляет новость на азербайджанском языке."Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi Bakıda 700-dən çox yol polisi əməkdaşına Azərbaycan-İngilis dilində sadə lüğət kitabçası paylayıb. Bu barədə məlumat verən təşkilat sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Yol polisi-sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektivlərin müəyyənləşdirilməsi, qanunların təbliği" adlı layihə uğurla davam etdirilir. Layihənin ilkin mərhələsində nəzərdə tutulan lüğət kitabçası sırf yol polislərinə aiddir.